Paytaxtda avtomobil təmiri sexi yanıb

Paytaxtda avtomobil təmiri sexi yanıb
  03 İyul 2017    Oxunub:1208
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 50 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanmış "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqda olan qarajlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Bakı  





Xəbər lenti