AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Xidmətin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Digər hadisə Mingəçevirdə baş verib. Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşib. Xilasediciləri hadisə yerinə gələrək vətəndaşı sudan çıxarıblar.
AzVision.az