Neftçalada 1 nəfər süni göldə batıb - Video

   Neftçalada 1 nəfər süni göldə batıb -    Video
  28 Aprel 2024    Oxunub:1085
Neftçala şəhərində 1 nəfər süni göldə batıb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəlb edilib.

Dalğıc qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü Nəcəfov Azad Tahir oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Həmin görüntüləri təqdim edirik:



AzVision.az


Teqlər:





Xəbər lenti