Üç güləşçimiz Paris Olimpiadasına vəsiqə qazanıb - YENİLƏNİB

Üç güləşçimiz Paris Olimpiadasına vəsiqə qazanıb -  YENİLƏNİB
  09 May 2024    Oxunub:1311
Azərbaycanın üç yunan-Roma güləşçisi "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
AzVision.az xəbər verir ki, Sabah Şəraiti (130 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində bu hüquqa sahib çıxıb. O, yarımfinalda belaruslu Pavel Qlinçuka sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək Olimpiya lisenziyası qazanıb.

Rafiq Hüseynov (60 kiloqram) da Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində bu hüquqa sahib çıxıb. O, yarımfinalda gürcüstanlı Laşa Qobadzeni 4:1 hesabı ilə məğlub edərək Olimpiya lisenziyası qazanıb.
Azərbaycanın "Paris-2024"ə əldə etdiyi lisenziyaların sayı 23-ə çatıb.


* * *

20:41
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
AzVision.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsinə malik idmançı bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində imza atıb

Yarışın yarımfinalında rumıniyalı Razvan Arnauta qalib gələn idmançı Olimpiadada iştirak hüququ qazanıb.

Bu, Azərbaycanın "Paris-2024"ə ümumilikdə 21-ci lisenziyasıdır.

AzVision.az


Teqlər: idman   güləş   Olimpiada  





Xəbər lenti