Stadnik Olimpiya lisenziyasının bir addımlığında

Stadnik Olimpiya lisenziyasının bir addımlığında
  10 May 2024    Oxunub:872
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.
Mübarizəyə 1/8 finaldan başlayan titullu idmançı Menq Hsiehə (Çin Taypeyi), ardınca isə Violetta Çirikə (AIN) tam üstünlüklə qalib gəlib.

Yarımfinalda Cənubi Koreya təmsilçisi Son Hyanq Kimlə qarşılaşacaq M. Stadnik rəqibini məğlub edəcəyi təqdirdə, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti