"Ukrayna hərbçiləri döyüşlərdən yorulublar" - Lukaşenko

"Ukrayna hərbçiləri döyüşlərdən yorulublar"    - Lukaşenko
  25 Aprel 2024    Oxunub:645
"Ukrayna hərbçiləri döyüşlərdən yorulublar. Lakin ABŞ və NATO onların silahlı münaqişədən çəkilməsinə icazə vermir".
AzVision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ÜmumBelarus Xalq Assambleyasında (VNS) çıxışı zamanı deyib.

Lukaşenko: "Müharibəyə hazırlaşırıq"
“Sonuncu ukraynalıya qədər döyüşmək istəyən prezident Zelenskinin arxasında bütün NATO qoşunları, Qərbi Avropa bloku və ABŞ dayanır”, – Belarus Respublikasının başçısı qeyd edib.

Eyni zamanda Lukaşenko Ukrayna hərbçilərinin əhval-ruhiyyəsinə yaxşı bələd olduğunu iddia edib. Belarus lideri vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri sursat çatışmazlığı və kəskin kadr çatışmazlığı ilə üzləşib. Bu amillər isə əsgər və zabitlərinin əhval-ruhiyyəsinə təsir edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Lukaşenko  





Xəbər lenti