"Səhər işə gedib axşam evə qayıdanda kəndimizi tapmırıq" - Poqosyan

"Səhər işə gedib axşam evə qayıdanda kəndimizi tapmırıq"    - Poqosyan
  25 Aprel 2024    Oxunub:584
Ermənistanda ictimai-siyasi narazılıqlar artmaqdadır. Revanşistlər nəinki işğaldan azad olunmuş Qarabağdakı əzəli və tarixi torpaqlarımıza iddialarını davam etdirir, Qazaxın kəndlərinin geri qaytarılması ilə də barışmırlar.
Cəmiyyətin böyük qismini təşkil edən radikallar ölkənin düşdüyü xaotik duruma görə günahı baş nazir Nikol Paşinyanda görürlər.

Rus hərbçilərin Gümrüdə səngərlər qazması ajiotaj yaratdı - FOTOLAR
Məsələn, tanınmış hüquq müdafiəçisi Karapet Poqosyan "Mamul" saytına açıqlamasında get-gedə digər tarixi Azərbaycan torpaqlarının da ermənilərin əlindən çıxmasından gileylənib: “Dünən Gümrüdən İrəvana gedəndə sanki Ermənistanın xəritəsinin dəyişməsini hiss elədim. İrəvana gələndə hiss edirsən ki, get gedə hər şey dəyişir, sərhədlər daralır, ərazilər sanki kiçilir...

Bir gün səhər işə gedib axşam evimizə qayıdanda isə artıq məhəllə və kəndimizin yerində olmadığını görəcəyik. Evimiz də kəndlər kimi təhvil veriləcək, satılacaq. Daha bir "soyqırımı" olmaması üçün kapitulyatoru bir dəqiqə də gecikmədən kürsüdən aşağı salmaq lazımdır".
AzVision.az



Teqlər:   Укьэтшыефт  





Xəbər lenti