Rusiya Ukrayna hərbçilərini daşıyan qayıqları məhv edib

 Rusiya Ukrayna hərbçilərini daşıyan  qayıqları məhv edib
  23 Aprel 2024    Oxunub:534
Rusiyanın “Dnepr” qoşun qruplaşmasının bölmələri Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan 4 kateri vurub.
AzVision.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladimir Saldo özünün teleqram kanalında yazıb.

Eyni zamanda, son 24 saat ərzində "Dnepr" qoşun qruplaşmasının bölmələrinə Ukraynanın üç briqadasının canlı qüvvəsi və texnikası tərəfindən atəş açılıb.

Qeyd olunur ki, Ukrayna bölmələri 45-ə qədər hərbçini itirib. Bundan başqa, rus qırıcıları iki hərbi maşını sıradan çıxarıb və Ukrayna Silahlı Qüvvələri tərəfindən buraxılan hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarını məhv ediblər.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti