Həbsxana rəisi ailəsinin gözü önündə öldürüldü

Həbsxana rəisi ailəsinin gözü önündə öldürüldü
  22 Aprel 2024    Oxunub:612
Ekvadorun Manabi əyalətindəki “Rodeo” həbsxanasının rəisi Damian Parrales öldürülüb.
Həbsxana rəisi ailəsi ilə kafedə nahar edərkən naməlum şəxslər tərəfindən güllə ilə başından vurulub. Hadisə yerinə gələn təhlükəsizlik xidmətinin əməkdaşları cinayəti törətdikdən sonra motosikletlə qaçan şəxslərin axtarışını davam etdirir.

Qeyd edək ki, yanvarın 8-də Ekvadorda narkotik vasitələrin ticarəti ilə məşğul olan kartellərdən birinin lideri, “Fito” ləqəbli Adolfo Masias həbsxanadan qaçıb. Ölkə Prezidenti Daniel Noboa bu hadisədən sonra həbsxanalarda asayişi bərpa etmək üçün 60 günlük fövqəladə vəziyyət rejimi elan edib. Fövqəladə vəziyyət rejimin əvvəlindən bəri silahlı iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 10 mindən çox şəxs saxlanılıb.


AzVision.az


Teqlər:





Xəbər lenti