Dubay aeroportu fəaliyyətini tam bərpa edib

Dubay aeroportu fəaliyyətini tam bərpa edib
  22 Aprel 2024    Oxunub:609
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş verən intensiv leysana görə işini dayandırmış Dubay aeroportu fəaliyyətini tam bərpa edib.
Hava limanının hər 3 terminalı sərnişinlərə adi rejimdə xidmət göstərir. Kiçik istisnalarla bütün beynəlxalq reyslər vaxtında qəbul edilib yola salınır. Yük terminalı da normal iş rejiminə qayıdıb.

Bununla belə, daşqınlar vaxtı itmiş çantaların sahiblərinə qaytarılması prosesi hələ başa çatmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti