“Həm “Neftçi”yə, həm də oğluma olan sevgim bitməz” - Plakat ilə məşhurlaşan ata

   “Həm “Neftçi”yə, həm də oğluma olan sevgim bitməz” -    Plakat ilə məşhurlaşan ata
  21 Aprel 2024    Oxunub:848
Dünən Misli Premyer Liqasının XXI turunda “Zirə” “Neftçi”ni - 3:1 hesabı ilə məğlub edib. Oyun zamanı “qartallar”ın üzvü Fuad Bayramovun atasının qaldırdığı “Oğlum Fuad, qol vur, atan sevinsin!” pankartı gündəm olub.

Bununla bağlı danışan Etibar Bayramov bildirib ki, hələ uşaq yaşlarından “Neftçi”nin azarkeşi olub:

"Futbola olan həvəsim Fuada da keçib. Oğlumun bu səviyəyə gəlib çıxmağında mənim futbola olan sevgimin rolu olub. İstəyirəm ki, hər zaman yanında olum və dəstəkləyim. Harada oynasa, onunla olacağam. Plakatı qaldırmaqla demək istədim ki, həm “Neftçi”yə, həm də Fuada olan sevgim bitməz. Oğlum bilir ki, bu yollarda nə qədər əziyyət çəkmişik. Ona görə də bir ata kimi onu dəstəkləyib, motivasiya olmağa çalışmışam. Onun qələbələri, qolları məni sevindirir. Qol vurması da təəssüf ki, “Neftçi”nin oyununa təsadüf etdi. “Neftçi” 40 ildir aşiq olduğum, sevdiyim klubdur. İnşallah, oğlumun qollarının ardı gələr. Hər iki komandaya sevgim, simpatiyam var”.(Offsideplus.az )

AzVision.az



Teqlər:





Xəbər lenti