Kanalda batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

 Kanalda batan yeniyetmənin meyiti tapılıb -  YENİLƏNİB
  20 Aprel 2024    Oxunub:1201
Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan 13 yaşlı uşağın meyiti aşkarlanıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, uşağın cəsədi ekspertizaya göndərilib.

* * *

18:01
Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" ərazisindən keçən hissəsində batan şəxsin kimliyi müəyyənləşib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü İbrahim Əliyev ehtiyatsızlıqdan kanala yıxılıb.

Onun axtarışları davam etdirilir.

* * *

17:26
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən AzVision.az
Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: hadisə   FHN  





Xəbər lenti