Sumqayıtda dəhşətli cinayət: Oğlan ana və atasını qətlə yetirdi

   Sumqayıtda dəhşətli cinayət:  Oğlan ana və atasını qətlə yetirdi
  19 Aprel 2024    Oxunub:773
Bu gecə saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.
AzVision.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1962-ci il təvəllüdlü Məmmədov Hakim və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu polis əməkdaşları tərəfindın saxlanılıb.

Araşdırma aparılır.

***
Hadisə ilə bağlı Baş Prokrorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, F.Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.
AzVision.az


Teqlər:





Xəbər lenti