Ermənilər demarkasiya əleyhinə aksiya keçirdilər - VİDEO

Ermənilər demarkasiya əleyhinə aksiya keçirdilər    - VİDEO
  18 Aprel 2024    Oxunub:444
Ermənistanın “Kamk” (İradə) hərəkatının üzvləri bu gün hökumət binası yaxınlığında Tavuşa "dəstək" aksiyası keçirib.
AzVision.az xəbər verir ki, etiraz tədbirində daha çox baş nazir Nikol Paşinyanın əleyhinə şüarlar səsləndirilib.

Qarabağda döyüşmüş məşhur separatçı saxlanıldı
Aksiya iştirakçıları jurnalistlərə xatırladıblar ki, Nikol Paşinyan son bir ay ərzində artıq iki dəfə Tavuşa səfər edib və sərhəd kəndlərinin sakinləri ilə demarkasiya, delimitasiyası məsələlərini müzakirə edib. Ekspertlər isə onun yeni ərazi güzəştlərinə gedəcəyinə inanırlar.

"Biz bura Ermənistanın ərazi bütövlüyünə qarşı hər hansı hücumun qarşısını almaq və "erməni kəndləri"nin təhvil verilməsinin qarşısını almaq üçün toplaşmışıq. Bu binada oturanlar yalnız bircə şeyi düşünürlər: Azərbaycana daha nələri verə bilərik", - aksiyanın təşkilatçısı Vahaqn Çaxalyan qeyd edib.

O, vətəndaşların əksəriyyətinin ölkə hakimiyyətinin bu cür kursuna qarşı olduğunu nümayiş etdirməsi üçün fəalları hökumət binası qarşısında aksiya keçirməyə çağırıb.

Xatırladaq ki, Çaxalyan erməni separatçı hərəkatının rəhbərlərindəndir, 2020-ci ildə Qarabağda döyüşüb. Bir neçə gün öncə o, İrəvanda saxlanılmışdı.

AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti