U-19 millimiz Monteneqroya uduzub

U-19 millimiz Monteneqroya uduzub
  03 Aprel 2024    Oxunub:830
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib.
AzVision.az xəbər verir ki, yığma Latviyada Monteneqro ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 4:0.

U-19 millisi aprelin 6-da Bolqarıstanla görüşəcək.

Avropa çempionatının final mərhələsi 2025-ci ildə Litvada baş tutacaq.

AzVision.az


Teqlər: Azərbaycan   Monteneqro   U19   futbol  





Xəbər lenti