Metro qatarının üstündə getdi - VİDEO

 Metro qatarının üstündə getdi  - VİDEO
  28 Fevral 2024    Oxunub:730
Ekstremal idmanla məşğul olan 22 yaşlı gənc Moskvada elektrik qatarının üstünə çıxaraq həyatını riskə atıb.
AzVision.az xəbər verir ki, bu barədə MVD Media məlumat yayıb. Qeyd edilir ki, o, "Sokolniki" stansiyasından "Preobrajenskaya ploşad" stansiyasına vaqonun üstündə gedib.

İnternetdə yayılan görüntülərdə isə gəncin elektrik qatarının vaqonlararası keçidində necə uzanması əks olunub. Polislər qanunazidd əməllər törətmiş gəncin şəxsiyyəti müəyyən ediblər və o, Şərq İnzibati Dairəsində saxlanılıb. Moskvadan olan gənc ekstremal idman naminə belə bir hərəkət etdiyini bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Metro  





Xəbər lenti