"Apple" 2023-cü ildə dünyanın ən bahalı brendi olub

   "Apple" 2023-cü ildə dünyanın ən bahalı brendi olub
  02 Fevral 2024    Oxunub:1494
“Apple” brendi illik “Brand Finance Global 500” reytinqinə görə dünyanın ən qiymətli brendi kimi tanınıb. şirkət "Microsoft", "Google" və "Amazon" korporasiyalarının rəqiblərini geridə qoyub.
AzVision.az xəbər verir ki, bu barədə "Brand Finance" beynəlxalq konsaltinq təşkilatı məlumat yayıb.

Məlumata görə, “Apple” brendinin dəyəri 2023-cü ildə 74% artaraq 517 milyard dollara çatıb. Siyahıda ikinci yeri “Microsoft” korporasiyası tutub, onun brendinin dəyəri 340 milyard dollar (78 faiz artım) təşkil edib. Üçüncü yerdə brend dəyəri 333 milyard dollar qiymətləndirilən "Google" şirkətidir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti