İranda 2316 yeni yoluxma: Daha 195 nəfər öldü

İranda 2316 yeni yoluxma:  Daha 195 nəfər öldü
  25 İyul 2020    Oxunub:5913
İranda son sutka ərzində 2316 nəfər koronavirusa yoluxub, 195 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, İranda virusa yoluxanların ümumi sayı 288 839 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 15 484 nəfərdir. İndiyə kimi 251 319 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti