Qırğızıstanda ümummilli matəm elan edildi

Qırğızıstanda ümummilli matəm elan edildi
  25 İyul 2020    Oxunub:5551
Qırğızıstanda koronavirusdan ölənlərin şərəfinə 30 iyul tarixi ümummilli matəm günü olacaq.
Azvision.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Sooronbay Jeenbekov bildirib.

"30 iyul bütün ölkədə ümumxalq hüzn günü elan ediləcək. Müvafiq sərəncam veriləcək. Bir daha həlak olan həmvətənlərimin ailələrinə dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, bu günə qədər Qırğızıstanda COVID-19 virusuna yoluxanların ümumi sayı 32124 nəfərə çatıb, 1249 nəfər ölüb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Qırğızıstan   virus  





Xəbər lenti