Ukraynada infeksiyadan ölənlərin sayı 1600-ə çatır

Ukraynada infeksiyadan ölənlərin sayı 1600-ə çatır
  25 İyul 2020    Oxunub:4223
Ukraynada son sutka ərzində daha 1106 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 63 929 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 497 nəfər müalicə olunaraq sağalıb, 1590 nəfər vəfat edib.

Azvision.az



Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti