Ermənistanda 700 nəfər koronavirusdan ölüb

  Ermənistanda 700 nəfər koronavirusdan ölüb
  25 İyul 2020    Oxunub:3866
Ermənistanda son sutka ərzində daha 383 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hazırkı dövrədək ölkədə 36 996 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 pasiyent ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 700 nəfərə çatıb.

Koronavirus aşkar edilən, lakin digər xəstəlikdən ölənlərin sayı isə 220 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti