Koronavirus 3 aydan sonra bu ölkəyə yenidən qayıtdı

Koronavirus 3 aydan sonra bu ölkəyə yenidən qayıtdı
  25 İyul 2020    Oxunub:4261
Vyetnamda üç aydan sonra ölkə daxilində koronavirusa ilk yoluxma faktı aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Nquyen Than Lonqa bildirib.

Onun sözlərinə görə, bu, aprelin 16-dan bəri ölkə daxilində koronavirus infeksiyasına ilk yoluxma hadisəsidir.

Virus ölkənin mərkəzi Dananqa şəhərinin 57 yaşlı sakinində aşkarlanıb. Onun yoluxma şəraiti araşdırılır.

Ümumilikdə, Vyetnamda koronavirusa 416 yoluxma qeydə alınıb, 365 nəfər sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Dananqa  





Xəbər lenti