Həmsədrlər bəyanat yaydılar

   Həmsədrlər bəyanat yaydılar
  25 İyul 2020    Oxunub:4711
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bəyanat yayıblar.
Azvision.az xəbər verir ki, bəyanatda həmsədrlər tərəfləri münaqişənin hərtərəfli həllini tapmaq və əsaslı danışıqlara hazırlaşmaq üçün aktiv hərbi əməliyyatların azaldılmasından faydalanmağa çağırıb.

Bundan əlavə, qeyd olunub ki, həssas dövrdə təxribatçı bəyanat və hərəkətlərdən, həmçinin mülki şəxslərə, həyati əhəmiyyətli infrastrukturlara təhdidlərdən çəkinmək vacibdir.

Azvision.az


Teqlər: ATƏT   Həmsədr   Bəyanat  





Xəbər lenti