Türkiyədə koronavirusdan daha 17 nəfər öldü

Türkiyədə koronavirusdan daha 17 nəfər öldü
  25 İyul 2020    Oxunub:3481
Türkiyədə son sutka ərzində 17 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 937 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5580, virusa yoluxanlar isə 224 252 nəfərə çatıb.

Türkiyədə indiyədək 207 374 xəstə (son sutkada 1009 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti