“Koronavirus yenə qayıda bilər” - Boris Conson

“Koronavirus yenə qayıda bilər” -  Boris Conson
  24 İyul 2020    Oxunub:3947
Böyük Britaniyanın Baş Naziri Boris Conson hesab edir ki, ölkəsində koronavirus növbəti ilin ortalarınadək yoxa çıxacaq.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Conson bu barədə London klinikalarından birini ziyarət edərkən deyib.

"Gələn ilin ortalarına qədər ölkə koronavirusu geridə qoyacaq. Ancaq açıq danışmalıyam: virusla mübarizədə hələ qarşımızda çətin günlərin olduğunu düşünürəm. İqtisadiyyatla bağlı bizi ağır bir dövr gözləyir. Lakin şübhə etmirəm ki, ölkəmiz bunun öhdəsindən gələcək və daha da güclənəcək".

Baş Nazirin sözlərinə görə, yoluxma sayının bir qədər azalmasına baxmayaraq, koronavirus yenə qayıda bilər.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: BöyükBritaniya   Conson  





Xəbər lenti