Parlamentdə müharibə veteranlarının problemi qaldırıldı

Parlamentdə müharibə veteranlarının problemi qaldırıldı
  23 Noyabr 2017    Oxunub:1451
“Azərbaycanın dövlət büdcəsində sosial sahəyə xüsusi diqqət yetirilir. Qarabağ müharibəsi veteranlarının sayı 60 və ya 90 min göstərilir. Lakin onlara ayrılan vəsaitlərin miqdarı 50 manatdır. Həmin vəsait təyin olunandan bu günə qədər dəyişməyib. Kommunal xərclər artırılırsa, bu rəqəmdə də dəyişiklik edilməlidir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, Azərbaycanda bu məsələyə yanaşma fərqlidir: “Azərbaycanda Qarabağ veteranları, Əfqanıstan veteranları, şəhid ailələri var. Onların sayı çoxaldıqca sosial müdafiəsi ilə məşğul olmalıyıq. Avtobusda gediş haqqı 20 qəpikdir, bu, bahalaşacaqsa, onlara verilən vəsait də artırılmalıdır. Çünki xərclər çoxalır. Onların 12 min nəfəri pensiyaçıdır. Vətəndaş dövlət orqanından narazı düşməməli, öz haqqını almalıdır”.

Deputat əlavə edib ki, Azərbaycanda şəhid ailələri və veteranlar üçün evlər verilir, lakin Əfqanıstan veteranlarına mənzil verilmir: “Hər ev paylananda onların 4-5 nəfərinə ev vermək olar”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti