Milli Məclisdə büdcə müzakirələri davam edir

Milli Məclisdə büdcə müzakirələri davam edir
  23 Noyabr 2017    Oxunub:1169
Bu gün Milli Məclisin plenar iclasında büdcə müzakirələri davam edir.
Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. İclasda “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hesablama Palatasının xərclər smetası haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.

İclasda hökumət üzvləri də iştirak edirlər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti