Naxçıvan əhalisinin gəlirləri artıb

Naxçıvan əhalisinin gəlirləri artıb
  23 Noyabr 2017    Oxunub:2192
Naxçıvanda əhali gəlirlərinin artımı davam edir.
AzVision.az xəbər verir ki, 2017-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyard 444 milyon 127 min 700 manat, onun hər bir nəfərə düşən məbləği isə artaraq 3204,2 manat təşkil edib.

2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 415,1 manat təşkil edib ki, bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artıqdır.

AzVision.az


Teqlər: Naxçıvan   Statistika  





Xəbər lenti