Vasif Talıbov Naxçıvanda yeni qurum yaratdı

Vasif Talıbov Naxçıvanda yeni qurum yaratdı
  15 Aprel 2017    Oxunub:4437
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov yeni dövlət qurumunun yaradılması barədə sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən əyar nəzarətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi yaradılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, yeni qurumun Əsasnaməsini təsdiq etsin, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   VasifTalıbov  





Xəbər lenti