DİN: Ötən gün 36 nəfər tutulub

DİN: Ötən gün 36 nəfər tutulub
  15 Aprel 2017    Oxunub:837
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 105 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs   Ölüm   Qəza  





Xəbər lenti