34 yaşlı kişi qaçırdığı qızı boğaraq öldürüb

34 yaşlı kişi qaçırdığı qızı boğaraq öldürüb
  14 Aprel 2017    Oxunub:1729
Yardımlı rayonunda baş verən qətlin təfərrüatı məlum olub.
Hadisə Yardımlı rayonunun Telavar kəndində baş verib. 23 yaşlı Babayeva Natavan Azəddin qızı həmkəndlisi, 34 yaşlı Təhməzov Niyaz Baxas oğlu tərəfindən boğularaq öldürülüb.

Hadisənin təfərrüatına gəlincə, bir müddət əvvəl N.Babayeva həmkəndlisi N.Təhməzov tərəfindən qaçırılıb. Sonradan aralarında yaranan münaqişə səbəbindən N.Təhməzov qaçırdığı qızı kənddə boş evlərin birinin tövləsində boğaraq öldürüb.
N.Təhməzov tutulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(Report.az)

AzVision.az


Teqlər: Yardımlı   Qətl  





Xəbər lenti