Oskanyan və Ovanisyan siyasətdən gedir

Oskanyan və Ovanisyan siyasətdən gedir
  14 Aprel 2017    Oxunub:1390
Ermənistanda “Birlik” partiyasının sədri Vardan Oskanyan siyasətdən uzaqlaşır.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Oskanyan sıx əlaqələrə malik olduğu ABŞ-ın Tufts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində dərs deyəcək.

Aktiv siyasətçi, müxalif “ORO” ittifaqı və “İrs” partiyasının İdarə Heyətinin sədri Raffi Ovanisyanın da tutduğu vəzifələrdən uzaqlaşacağı və ümumiyyətlə Ermənistanı tərk ediləcəyi deyilir.

Başlanğıcda öz səhhəti ilə maraqlanan Ovanisyan özünün yaratdığı Amerika Hüquqşünaslar Assosiasiyası birliyi ilə yenidən əməkdaşlığa başlamağı düşünür.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   ABŞ  





Xəbər lenti