Sarkisyan Qırğızıstana gedib

Sarkisyan Qırğızıstana gedib
  13 Aprel 2017    Oxunub:1479
Ermənistan prezidenti Serj Sarkisyan Qırğızıstana səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri dövlət başçılarının görüşündə iştirak etmək üçün Bişkekdə səfərdədir.

Qeyri-rəsmi görüş aprelin 14-də keçiriləcək. Həmin gün Avrasiya İqtisadi Birliyinin dövlət başçıları səviyyəsində Avrasiya Ali İqtisadi Şurasının iclasının keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan daxildir. KTMT-də isə sadalanan ölkələrlə yanaşı, Tacikistan da təmsil olunur.

Şahin Qocayev
AzVision.az



Teqlər: SerjSarkisyan   KTMT   Qırğızıstan  





Xəbər lenti