Bu ölkədə niqab və saqqal qadağan edildi

Bu ölkədə niqab və saqqal qadağan edildi
  30 Mart 2017    Oxunub:2026
Çin hökuməti Sintszyan-Uyğur Muxtar rayonunda niqabın taxılmasını qadağan edib.

Bu qərar bölgədə ekstremizmlə mübarizə tədbirləri çərçivəsində qəbul olunub.

Yeni qərar aprelin 1-dən qüvvəyə minəcək. Qərara əsasən, hava limanlarında və vağzallarda əməkdaşlar niqab taxan qadınlar arasında iş aparmalı olacaqlar. Çünki qərardan sonra niqablı qadınların ictimai nəqliyyata daxil olması qadağan ediləcək.

Bundan başqa, qərara əsasən, burada Çinə uyğun olmayan saqqalların saxlanması da qadağan olunacaq.(Trend)

AzVision.az


Teqlər: Çin   Niqab   Müsəlman   Saqqal   Qadağa  





Xəbər lenti