Tramp Baydeni tənqid etdi

   Tramp Baydeni tənqid etdi
  01 May 2024    Oxunub:503
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kolumbiya Universitetində etirazlarla bağlı dövlət başçısı Co Baydenin fəaliyyətsizliyini tənqid edib.
AzVision.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Tramp vurğulayıb ki, baş verənlər acınacaqlı haldır. Eks-prezidentin sözlərinə görə, 3-5 il əvvəl ABŞ-da belə bir şeyin ola biləcəyini düşünmək mümkün deyildi.

Bundan əvvəl bildirilmişdi ki, Nyu-Yorkda polis Fələstin tərəfdarı tələbələr tərəfindən ələ keçirilən Kolumbiya Universitetinin Hamilton Hall binasına basqın etməyə başlayıb.

Xatırladaq ki, ABŞ-da azı 16 ştatda Fələstinə dəstək nümayişlərində iştirak edən yüzlərlə tələbə həbs edilib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti