ABŞ səfiri Füzulidə məktəbdə olub - YENİLƏNİB

ABŞ səfiri Füzulidə məktəbdə olub -  YENİLƏNİB
  06 May 2024    Oxunub:1414
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Füzuli şəhərindəki məktəbə baş çəkib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin "X" hesabından bildirilib.

"Füzuli rayonunun ingilis dili müəllimləri və şagirdləri ilə maraqlı söhbət apardıq. Onların tədrisə sadiqliyi bizi ruhlandırır və bölgənin inkişafına böyük töhfə verəcək. Səfirliyin maliyyələşdirdiyi müəllim bacarıqlarının artırılması proqramları vasitəsilə keçmiş tərəfdaşlığımızı yüksək qiymətləndiririk və gələcəkdə birgə işləməyi səbirsizliklə gözləyirik. Bu gün Danusiya və məni qəbul etdiyiniz üçün təşəkkürümü bildirirəm!", - məlumatda vurğulanır.



* * *

17:06
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Füzuliyə səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Füzulidə dağıntıların miqyasını, eyni zamanda, yenidənqurma işlərini görəndə çox təsirləndik. Birləşmiş Ştatlar USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərib. Buraya məcburi köçkün icmalarına 250 milyon dollardan çox ayrılmış yardım və minaların təmizlənməsinə dəstək üçün ayrılmış 38 milyon dollardan çox yardım da daxildir. Bu yardımın göstərilməsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik", - bildirilib.

* * *

12:54
ABŞ səfiri Şuşaya gedib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Bu gün səfir Mark Libbi xanımı Danusiya Libbi ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib. Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır", - səfirliyin məlumatında qeyd olunub.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   ABŞ   səfir   Qarabağ  





Xəbər lenti