Qarabağ Universiteti ilə bağlı işçi qrupları yaradılıb

   Qarabağ Universiteti ilə bağlı işçi qrupları yaradılıb
  06 May 2024    Oxunub:675
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün Elm və Təhsil Nazirliyinin tərkibində müxtəlif səviyyələrdə işçi qrupları yaradılıb.
AzVision.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

"İşçi qrupları müvafiq istiqamətlərdə fəaliyyət göstərirlər. Bununla bağlı hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə açıqlanacaq” – Agentlik bildirib.

Qeyd edək ki, Qarabağ Universitetinə rektor təyinatı olmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti