Qırğızıstanda dondurma maşını 28 uşağı vurub - FOTOLAR

   Qırğızıstanda dondurma maşını 28 uşağı vurub -    FOTOLAR
  02 May 2024    Oxunub:828
Qırğızıstanın Cəlal-Abad vilayətində "Manas" dastanı ilə bağlı kütləvi tədbir əsnasında dondurma daşıyan yük maşını uşaqlara çırpılıb. Hadisə nəticəsində 28 uşaq və 1 müəllim yaralanıb.
AzVision.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilir ki, yaralılardan 18-i xəstəxanalara çatdırılıb, 7-si reanimasiyaya yerləşdirilib, üçünün vəziyyəti isə ağır qiymətləndirilir.

Polis faktla bağlı araşdırma aparır.

AzVision.az

Qalereya




Teqlər: Qırğızıstan   hadisə  





Xəbər lenti