Dövlət Departamenti Gürcüstanı hədələdi

   Dövlət Departamenti Gürcüstanı hədələdi
  02 May 2024    Oxunub:632
ABŞ Gürcüstan parlamentinin təqdim etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini pisləyir. Bu qanun və “Gürcü arzusu” partiyasının anti-Qərb ritorikası ölkəni təhlükəli trayektoriyaya sürükləyir.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin departamentin saytında dərc olunmuş bəyanatında deyilir. Bəyanatda deyilir ki, hökumət rəsmilərinin qanunu müdafiə etmək üçün verdiyi bəyanatları yalandır, çünki hakim partiyanın üzvləri qanunun guya tənqidçiləri susdurmaq və Gürcüstanın vətəndaş cəmiyyətini məhv etmək məqsədi daşıdığını açıq şəkildə göstərirlər.

Gürcüstanda aksiyalar dayandırıldı
Gürcüstan hökumətinin bəyanatları və hərəkətləri Avropa İttifaqı və NATO üzvlüyünü şərtləndirən demokratik dəyərlərə uyğun gəlmir və bununla da Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunu təhlükə altına qoyur.

Qeyd edək ki, Gürcüstan parlamenti tərəfindən "Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Onun lehinə 83 deputat, əleyhinə 23 deputat səs verib. İki həftə ərzində qanun layihəsi yekun oxunuşda qəbul ediləcək və dörd həftə ərzində prezidentin vetosu ləğv ediləcək. Bundan əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici agentlər haqqında” qanuna veto qoyacağını deyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti