Ramin Məmmədov Rusiyanın baş ravvini ilə görüşüb

   Ramin Məmmədov Rusiyanın baş ravvini ilə görüşüb
  01 May 2024    Oxunub:749
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycana səfərə gəlmiş Rusiyanın baş ravvini Berl Lazar ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüş zamanı sədr Azərbaycanda nümunəvi birgəyaşayış mühiti formalaşdırıldığını, məscidlər, eləcə də xristian və yəhudi dini-mənəvi abidələrinə diqqət göstərildiyini vurğulayıb.

O, Azərbaycanın malik olduğu nümunəvi multikultural və tolerantlıq modelindən danışaraq, Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində tolerantlıq ənənələrinin dövlət siyasətinə çevrildiyini bildirib.

"Dinlərarası harmoniyanın günümüzədək qorunub saxlanılmasında xalqımıza xas humanizm və multikultural dəyərlərlə yanaşı düşünülmüş dövlət siyasətinin də müstəsna rolu var", - o deyib.

Rusiyanın baş ravvini Berl Lazar qeyd edib ki, Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir.

Görüş çərçivəsində dinlərarası dialoqa dair bir sıra məsələyə toxunulub. Dünya müstəvisində dinlərarası dialoqun yeni reallıq, çağırış, o cümlədən perspektiv və imkanları müzakirə edilib.

AzVision.az


Teqlər: DQİDK   Rusiya   görüş  





Xəbər lenti