"Qırğızıstan Azərbaycana söz ilə deyil, əməllə dəstək olur" - Deputat

"Qırğızıstan Azərbaycana söz ilə deyil, əməllə dəstək olur" -  Deputat
  26 Aprel 2024    Oxunub:173
"Azərbaycan-Qırğızıstan arasında ikitərəfli münasibətlər artan xətt üzrə inkişaf edir. Hər iki ölkə Müstəqil Dövlətlər Birliyində və Türk Dövlətləri Təşkilatında birlikdə fəaliyyət göstərir".
Bu sözləri AzVision.az -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.



Deputat qeyd edib ki, Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı ikitərəfli görüşlər baş tutub:

"Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələyə doğru" - ŞƏRH
"İki ölkə arasında imzalanan 10 sənəd elm, təhsil, energetika, miqrasiya və digər sahələri əhatə edir. Səfər zamanı imzalanan sənədlər bütün sahələrdə qarşılıqlı əməkdaşlığa imkan verəcək. Qırğızıstan dövlətinin maliyyəsi hesabına Ağdamda məktəbin tikintisi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin və torpaqlarımızın işğaldan azad olunmasına töhfə verilməsinin bir nümunəsidir. Eyni zamanda Azərbaycan da Qırğızıstanda beş ulduzlu turizm məqsədi ilə otelin tikilməsini həyata keçirəcək. Bu da Azərbaycan investisiyası əsasında Qırğızıstanın turizm potensialının inkişaf etdirilməsi və biznes imkanlarının genişləndirilməsi üçün əlavə fürsət yaradacaq".



Naqif Həmzəyevin fikrincə, Qırğızıstanın Azərbaycana sözdə deyil, əməldə dəstək olması xalqımız tərəfindən çox müsbət qiymətləndirilir:



"Baş tutan görüşlər və Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin keçirilməsi onu deməyə imkan verir ki, biz yaxın gələcəkdə bu münasibətlərin daha da inkişaf edəcəyinə şahidlik edəcəyik. Sadır Japarov həm yayda Şuşada səfərdə olacaq, həm də noyabrda Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransında (COP29) iştirak edəcək. Bu isə ölkələr arasında münasibətlərin daha da inkişaf etməsi üçün əlavə fürsət yaradacaq".

Həmidə İbrahimova < /strong>
AzVision.az


Teqlər:  





Xəbər lenti