ABŞ səfirliyi Los-Ancelesdəki zorakılığı pislədi

ABŞ səfirliyi Los-Ancelesdəki zorakılığı pislədi
  25 İyul 2020    Oxunub:5641
ABŞ-ın Bakıdakı və İrəvandakı səfirlikləri Azərbaycanın Los-Ancelesdəki konsulluğu qarşısında iyulun 21-də keçirilmiş etiraz aksiyası ilə bağlı bəyanat yayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Azvision.az -a daxil olan bəyanatda bildirilir:

"ABŞ-ın Bakıdakı səfirliyi və ABŞ-ın İrəvandakı səfirliyi dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir. ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görəcək. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Səfirlik  





Xəbər lenti