Çin ABŞ-ın tələbini yerinə yetirdi - Baş konsulluq bağlandı

Çin ABŞ-ın tələbini yerinə yetirdi -  Baş konsulluq bağlandı
  25 İyul 2020    Oxunub:3912
Çinli diplomatlar Hyustondakı Baş konsulluğun binasını tərk ediblər.
Azvision.az xəbər verir ki, bu barədə "Houston Chronicle" qəzeti məlumat yayıb.

Bildirilib ki, konsulluğun bağlanmasından 40 dəqiqə sonra, ehtimal ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi olan bir neçə nəfər binaya daxil olub.

Qeyd edək ki, ABŞ Çinin Hyustondakı Baş Konsulluğunun bağlanması üçün 72 saat vaxt vermişdi. Çin Xarici İşlər Nazirliyi bu qərarı siyasi təxribat adlandırıb və cavab tədbirlərinin görüləcəyini bəyan edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib ki, Vaşinqton amerikalıların intellektual mülklərini və şəxsi məlumatlarını qorumaq üçün belə bir qərar verib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti