Pensiyaların verilməsinə başlanılıb

Pensiyaların verilməsinə başlanılıb
  15 Dekabr 2017    Oxunub:1506
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əvvəlki aylarda olduğu kimi, hazırkı dekabr ayı üzrə də əmək pensiyalarının ödənişinin vaxtlı-vaxtında həyata keçirilməsi təmin olunur.
Nazırliyin mətbuat xidmətindən AzVision.az-a daxil olan xəbərə görə, artıq Naxçıvan Muxtar Respublikası üzrə pensiyaların maliyyələşdirilməsi, eyni zamanda, müvafiq qrafikə uyğun olaraq ayın 13-dək Bakı şəhərinin rayonları, eləcə də son iki gündə Abşeron rayonu və Sumqayıt şəhəri üzrə pensiyaların ödənişi təmin olunub.

Qrafikə əsasən sonrakı mərhələdə əhalisi məcburi köçkün olan rayonlar üzrə pensiyaların maliyyələşdirilməsi işləri yerinə yetiriləcək. Eyni zamanda, ay ərzində respublika tabeli şəhərlərdə və respublikamızın digər rayonlarında yaşayan pensiyaçılar pensiyalarını alacaqlar.

“Ümumilikdə dekabr ayı üzrə də ölkəmizdə bütün əmək pensiyalarının vaxtlı-vaxtında maliyyələşdirilməsini təmin etmək üçün iş aparılır. Bunun üçün aidiyyəti üzrə işlər heç bir problem və gecikmə olmadan normal qaydada davam etdiriləcək”.

AzVision.az


Teqlər: Pensiya  





Xəbər lenti