Bakıda beynəlxalq konfrans keçiriləcək

Bakıda beynəlxalq konfrans keçiriləcək
  15 Dekabr 2017    Oxunub:1211
Dekabrın 21-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda yekun beynəlxalq konfrans keçirəcək.
QMİ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “İslam Həmrəyliyi İli” çərçivəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birlikdə təşkil ediləcək konfransda 40-dan çox ölkədən və 8 beynəlxalq təşkilatdan 200-dən artıq elm, din xadimi, ictimai-siyasi xadimlər iştirak edəcəklər.

Xatırladaq ki, “İslam Həmrəyliyi İli” çərçivəsində indiyədək Bakıda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda, İspaniyada, Rusiyada və Naxçıvanda beynəlxalq tədbirlər keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti