İki avtobusun hərəkət istiqaməti dəyişib

İki avtobusun hərəkət istiqaməti dəyişib
  15 Dekabr 2017    Oxunub:1483
6 və 8 nömrəli marşrut xətlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
“BakuBus” MMC-dən AzVision.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı, yol anidən hərəkət üçün dayandırılıb və bununla bağlı olaraq 6 və 8 saylı marşrut xəttlərimizin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

“Belə ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək Azadlıq m/s dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslarımız müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edirlər”.

Aytən Zəhra
AzVision.az


Teqlər: BakuBus   Avtobus  





Xəbər lenti