ADIF-in fəaliyyətində qanun pozuntuları aşkar edilib

ADIF-in fəaliyyətində qanun pozuntuları aşkar edilib
  15 Dekabr 2017    Oxunub:1824
“Əmanətlərin Sığortalanması Fondunda (ADIF) hazırda audit tədbiri davam etdir. 2 bankın müştərilərinə ödənilən kompensasiyaların araşdırılması baş çatdırılıb. Müəyyən olunub ki, Fond tərəfindən 2 bankın müştərilərinə ödənilən kompensasiyaların verilməsi zamanı bəzi maliyyə hüquq pozuntularına yol verilib”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri qeyd edib ki, faktların ciddiliyi nəzərə alınaraq Palatanın kollegiyası materialların hüquq-mühafizə orqanlarına göndərilnməsi ilə bağlı qərar qəbul edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Vüqar-Gülməmmədov  





Xəbər lenti