Sonuncu yarımfinalçılar bu gün bilinəcək

Sonuncu yarımfinalçılar bu gün bilinəcək
  15 Dekabr 2017    Oxunub:1243
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin növbəti cavab oyunları keçiriləcək.
Günün ilk qarşılaşması “Bayıl Arena”da “Səbail” və “Qəbələ” klubları arasında oynanılacaq. Bu kollektivlərin Qəbələdəki görüşündə meydan sahibləri qalib gəliblər - 1:0. Oyunun qalibi yarımfinalda “Neftçi” komandası ilə qarşılaşacaq.

Növbəti matçda “Kapital Bank Arena”da Ağdamın “Qarabağ” komandası səfərdə “Sumqayıt”ın qonağı olacaq. Ağdam klubu ilk görüşdə Sumqayıt təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Bu cütün qalibi yarımfinalda “Keşlə”nin rəqibi olacaq. İki oyunun nəticələri Azərbaycan kubokunun son iki yarımfinalçısını müəyyənləşdirəcək.

Kubok uğrunda yarışların dekabrın 14-də oynanılan cavab qarşılaşmalarının nəticəsində “Neftçi” və “Keşlə” kollektivləri yarımfinala vəsiqə qazanıblar.

AzVision.az


Teqlər: Kubok  





Xəbər lenti