Ermənistan prezidenti etiraf etdi: “Son saniyəyə qədər...”

Ermənistan prezidenti etiraf etdi: “Son saniyəyə qədər...”
  15 Dekabr 2017    Oxunub:2597
"Təyin olunan müddətdə bütün vəzifələr tutulacaq"
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan “Armeniya” telekanalına müsahibəsində gələn ilin aprel ayında ölkə hökumətinin formalaşması barədə sualı cavablandırarkən bildirib.

“Hakimiyyətin konturları Konstitusiya tərəfindən müəyyənləşib. Əgər biz konkret vəzifələr barədə danışırıqsa, onda təbii ki, mən və həmkarlarım daim axtarışdadır. Təyin olunan vaxtda bütün postlar tutulacaq. Şübhəniz olmasın. Əgər bu və ya digər vəzifəyə kiminsə təyin olunması barədə danışırlarsa, deməli bu yaxşıdır. İnsanların nəyisə gözləmək hüquq var. Lakin heç bir hakimiyyət bunu əvvəlcədən demir. Hökumət postları haqqında əvvəlcədən danışmaq düzgün deyil”.

Jurnalistin "siz öz karyeranızı bitirən insana bənzəmirsiniz" ifadəsinə Serj Sarkisyan cavab verib: “Hər halda ən düzgün yol budur ki, son ana qədər könüllü olaraq götürdüyün öhdəlikləri yerinə yetirmək lazımdır. Mən öz öhdəliklərimi son saniyəyə qədər yetirməyə hazır olmalıyam. Sonra nəyin olacağına baxarıq”.

Jurnalistin "siyasətdə qalacaqsınızmı" sualına Sarkisyan “baxarıq” deyə cavab verib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti