Şəhid hərbi qulluqçumuz dəfn olunub

Şəhid hərbi qulluqçumuz dəfn olunub
  15 Dekabr 2017    Oxunub:3188
Ötən gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan 1978-ci il təvəllüdlü hərbi qulluqçu Salahov Fizuli Süleyman oğlu dəfn olunub.

AzVision.az xəbər verir ki, şəhid gizir Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.


Dəfn mərasimində Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şabran rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 1978-cil təvəllüdlü Fizuli Salahov Azərbaycan Ordusunda gizir kimi xidmət edib. Şəhid ailəli olub, iki oğlu yadigar qalıb.



AzVision.az


Teqlər: Şəhid   Dəfn  





Xəbər lenti